Kral III Çarlz Baş Nazirin Baş nazirin Samoadakı təyyarəsində — Britaniya gücünün süqutunu təsvir edən daha sərt simvolu təsəvvür etmək çətindir.

Bu həftə Kral III Çarlz və onun baş naziri Keir Starmer Millətlər Birliyinə bağlı 55 ölkədən ibarət nümayəndə heyətini qəbul edəcək. Britaniya İmperiyasının süqutu ilə əlaqəli dövlət başçılarının iki ildən bir keçirilən hökumət başçılarının toplantısı (CHOGM) Samoada keçiriləcək. Lakin bu il qonaqların siyahısına nəzər salsaq, Britaniya monarxının təşkilatçılıq gücünün artıq əvvəlki kimi olmadığını görmək çətin deyil.
Bu il  adətən sammitlərdə iştirak edən təşkilatın iki ən güclü hökumət başçısı - Hindistanın baş naziri Narendra Modi və Cənubi Afrika Respublikasının prezidenti Ciril Ramafosa, sammiti buraxmağa qərar verib Rusiyanın prezidenti Kazanda təşkil olunan BRİCS sammitinə yollanıb.
Şri-Lanka bu həftə BRİCS-ə üzvlük müraciəti edib və Londondakı Ali Komissiya nümayəndəsi bildirib ki,  nə baş nazir, nə də  xarici işlər naziri Samoaya getməyəcək.
Hətta Britaniyanın yaxın müttəfiqi və güclü “Beş Göz” kəşfiyyat şəbəkəsinin üzvü olan Kanada belə baş nazirini və ya xarici işlər nazirini CHOGM-a göndərməyəcək. Kanada rəsmisi təsdiq edib ki, Britaniyadakı ali komissar Ottava nümayəndə heyətinin rəhbəri olacaq.
Hətta Starmerin cənub yarımkürədəki keçmiş Britaniya koloniyalarına ilk səfəri də qısaldılıb. Britaniya hökumətinin bir rəsmisi baş nazirin Avstraliyada qalmaq planından imtina etdiyini, çünki köməkçilərin onun həddindən artıq uzun müddət xaricdə qalmağından narahat olduğunu təsdiqləyib. Bu qərar gələn həftə Londonda təqdim olunacaq əsas dövlət xərcləri paketinə təsir edə bilərdi.
Çərşənbə axşamı Samoaya 28 saatlıq uçuşunda jurnalistlərlə söhbət edən Starmer şən görünürdü. Lakin o, uçuşun yorucu olduğunu millət vəkili olan həmkarları ilə söhbətlərində dəfələrlə qeyd edib. Bir istiqamətdə 9400 mil  məsafə onun iyul ayında vəzifəyə gəldiyi vaxtdan bəri ən uzun səyahəti olub.


“Mənim kralım deyil”
Uçuş vaxtı ilə mübarizə aparan daha bir nəfər 75 yaşlı Kral Çarlz olub. Kral xərçəngdən yeni sağalsa da, özünü bu həftə keçiriləcək sammitdən əvvəl Avstraliyaya çatdıra bilib.
Kral Çarlz, rəsmi olaraq Millətlər Birliyinin başçısıdır və Böyük Britaniyadan əlavə, 14 ölkənin də kralıdır.
Lakin burada da Britaniyanın “yumşaq gücünün” istiqaməti çox da ümidverici görünmür. Barbados 2021-ci ildə respublika olub, Yamayka isə gələn il bu yolu izləməyi planlaşdırır.
Bazar ertəsi günü bu  müzakirələr daha da alovlandı, çünki Avstraliyanın yerli senatoru Kral Çarlza qarşı çıxaraq dəfələrlə “bu mənim kralım deyil” ifadəsini işlətdi və tələb etdi: “Bizdən oğurladıqlarınızı geri qaytarın – sümüklərimizi, kəllələrimizi, uşaqlarımızı, xalqımızı”.
Kral III Çarlz və baş nazir Keir Starmer Millətlər Birliyinə aid 55 ölkəni Samoada keçiriləcək hökumət başçılarının toplantısında qəbul edəcəklər.
Hazırda əksər dövlətlərin respublika olmaq arzusu “tez-tez müzakirə olunur, lakin nadir hallarda reallaşır”, deyə Millətlər Birliyi Araşdırmaları İnstitutunun baş elmi işçisi Harsan Kumarasingem bildirib.
Avstraliya bu ilin əvvəlində səsverməni təxirə salıb, baxmayaraq ki, kralın səfəri zamanı çoxsaylı respublikaçı rəylər səsləndirilib və onun səfərini Çarlzın “vida turu” adlandırıb. NewsCorp-un son sorğusu göstərib ki, avstraliyalıların cəmi 33 faizi respublikada yaşamaq istəyir.
Avstraliyanın yazılı konstitusiyasına dəyişikliklərin gətirilməsi üçün isə milli və dövlət səviyyəsində ikiqat əksəriyyətlə referendum keçirilməlidir. Böyük Britaniyada Avstraliyanın keçmiş ali komissarı və monarxist Corc Brendis bildirib ki, ötən il referendumun, sorğularda əvvəlcə üstünlük təşkil edən “bəli” cavabına baxmayaraq, yerli xalqın hüquqları ilə bağlı konstitusiyanı dəyişdirməməsi bu həvəsi  qismən azaltmışdı.
“Kraliçanın (II Yelizaveta) vəfatından sonra təbii olaraq sual yarandı: “Avstraliyanın respublika olmağının vaxtı çatmayıb?”. Bu müzakirə bir neçə ay ərzində əsasən başa çatdı,” – Brendis əlavə edib. “Avstraliya respublikaçılığının yelkənlərindəki külək tükəndi”

Amma qeyd etmək yerinə düşərdi ki, bu gün keçirilən sammitdə müzakirələrin yenilənəcəyi istisna olunmur.

Əslində, 75 il əvvəl yaradılan Millətlər Birliyinin dağılma əlamətləri yoxdur. Nəzəri cəhətdən o, Britaniya, Kanada, Avstraliya, Yeni Zelandiya və Hindistanla müntəzəm görüşən kiçik dövlətlər üçün ən yüksək səviyyəli klub olaraq qalır.
Diqqətəlayiqdir ki, Barbados 2021-ci ildə monarxiyadan imtina etməsinə baxmayaraq klubda qaldı və 2022-ci ildə qoşulan iki ölkə – Qabon və Toqo isə  Britaniya ilə tarixi əlaqələrə malik deyil. Amma keçmişə nəzərən bu il kiçik Millətlər Birliyi üzv ölkələri sahiblərindən sadəcə xoş niyyət deyil, daha çox şey tələb edirlər.
Karib dənizi hövzəsi ölkələrinin bir neçəsi sammitə hazırlıq zamanı Britaniyadan köləlik irsi ilə bağlı təzminat ödənilməsini tələb ediblər. Baham adalarının baş naziri Filip Devis CHOGM-u “irəliləyiş əldə etmək üçün mükəmməl forum” adlandırıb. Ölkələr şənbə günü liderlər tərəfindən yekunlaşdırılacaq təşkilata təzminat haqqlarının olub-olmayacağını müzakirə edirlər.
Millətlər Birliyinin yeni baş katibi vəzifəsinə namizəd olan üç Afrika liderinin hamısı keçən ay bu məsələnin geniş müzakirə olunmalı olduğunu bildirib. Bu, “Millətlər Birliyi sammitlərindən daha geniş iddiaları ifadə etmək üçün forum kimi istifadə edilməsinin uzun perspektivinə uyğundur. Britaniyayla bağlı bu iddialar tez-tez olur” deyə Kumarasingem bildirib.
Heç kim əslində Britaniyanın 200 milyard funt sterlinq (aparıcı alimlərdən birinə görə) və ya 18 trilyon funt sterlinq (BMT-nin bir hakiminə görə) təzminat ödəyəcəyinə inanmır. Əslində söhbət “saf” təzminatlardan uzaqlaşır və iqlim dəyişikliyi kimi daha geniş problemlərlə mübarizəyə kömək etmək mövzusuna keçir. Bu mövzu ən çox inkişaf etməkdə olan, kiçik ada dövlətlərinə zərbə vurur. Bu məsələ CHOGM gündəliyində yer alır və “davamlı və dayanıqlı okean” haqqında bəyannamə ilə yanaşı müzakirə olunur.
Baş katib vəzifəsinə namizədlərdən biri, Qananın xarici işlər naziri Şirli Botçvey keçən ay bildirib: “Biz hamımız maliyyə təzminatlarından imtina etdik. Bizim inkişaf baxımından, davamlılığımızın artırılması baxımından nə əldə edə biləcəyimizə baxmaq daha məqsədəuyğundur”.

 

Sammitin təxirə salınmağının Böyük Britaniyaya iqtisadi təsirləri


Böyük Britaniya üçün  CHOGM-un təxirə salınmasının iqtisadi təsiri olacaq. Baxmayaraq ki, Britaniyanın Hindistanla bağlı ticarət müqaviləsinin imzalanması hələ gözlənilmir, Britaniya hökumətinin bir rəsmisi bildirib ki, artıq “yol xəritəsi ”hazırdır və yaxın günlərdə Hindistan hökuməti tərəfindən imzalanacaq.

Baş nazirin rəsmi nümayəndəsi vurğulayıb ki, Sammitin gündəliyində təzminat ödənişi və ya Böyük Britaniyanın köləlikdəki rolu ilə bağlı məsələ yoxdur. Lakin təzminatla bağlı müzakirələr nəticələrini proqnozlaşdırmaq çətin olsa da, Sammitə müəyyən dərəcədə əhəmiyyət qazandırır.

Bu ilki sammitin mövzusu olan "Davamlı gələcək: ortaq rifahımızın transformasiyası" mövzusu, iştirakçı ölkələrin getdikcə azalan marağı fonunda tənqidçilər tərəfindən qeyri-müəyyən və əhəmiyyətsiz hesab edilir. Məsələn, Avstraliyanın Viktoriya ştatı 2026-cı ildə keçiriləcək Millətlər Birliyi Oyunlarını maliyyə yükü hesab edərək qəbul etməkdən imtina edib və onun yerinə  Qlazqo şəhəri seçilib.

Buna baxmayaraq, Millətlər Birliyinə hələ də müsbət baxanlar var. Millətlər Birliyi  dünya əhalisinin üçdə birini təşkil edir və dünyanın sərvətinə, ölçüsünə, coğrafiyasına və dini tərkibinə görə BMT-dən sonra  ən rəngli dövlətlər qrupudur. Mütəxəssislərin fikrincə, bu müxtəliflik Böyük Britaniyaya Brexit-dən sonra kiçik iqtisadiyyatlar vasitəsilə əlaqələri bərpa etməyə kömək edə bilər. MB Britaniya İmperiyasının irsi olsa da, onun davamı deyil.

Bəziləri Millətlər Birliyinin kifayət qədər güclü təşkilat olduğunu iddia edir. Məsələn, “Chatham House”-dan Samir Puri qeyd edir ki, təşkilatın təhsil proqramları böyük dəyərə malikdir, lakin dar miqyaslıdır. Bununla belə, MB güclü siyasi blok olmaq üçün gözləntiləri doğrultmur.

Brexit-dən sonra MB-nin gələcək ticarət və investisiyalar mərkəzinə çevrilə biləcəyi arqumenti dəfələrlə səsləndirilib.Bu fikir Londondakı yeni leyborist hökumət tərəfindən hələ də dəstəklənir. Baş nazir Keir Starmer-in nümayəndəsi qeyd edib ki, 55 ölkədən ibarət  birliyin ümumi bazarının dəyəri 2027-ci ilə qədər 19,5 trilyon dollar çatacaq.

Çinin gücü

Bütün bunlara baxmayaraq, Britaniya imperiyasının süquta uğradığı fikrindən  qaçmaq çətindir. Bu ayın əvvəlində Böyük Britaniya Hind okeanında yerləşən Çaqos adaları üzərində suverenliyiniBritaniya və ABŞ hərbi bazası vasitəsilə  bərpa etdi, onu Mavrikiyadan geri aldı. Dieqo-Qarcia bazası ən azı 99 il ərzində ABŞ/Böyük Britaniya yurisdiksiyası altında qalacaq, lakin bu qərar Mavrikiya ilə Çin arasında olan ticarət əlaqələrə görə Çinin qəzəbinə səbəb oldu.

Bu, təkcə Mavrikiya ilə bağlı deyil. Ötən il daha bir Birlik üzvü olan Solomon adaları Çinlə polis əməkdaşlığı haqqında saziş imzaladı. Samir Puri qeyd etdi ki, "Solomon adaları açıq şəkildə Çinin tərəfinə keçib və bu, avstraliyalılar və amerikalılar arasında böyük bir təşvişə səbəb olub".

Britaniyalı rəsmilər Afrikada yerləşən bir sıra kiçik dövlətri Çindən asılı olmaqdan uzaq tutmaq zərurətini anlayırlar. Böyük Britaniyanın İnkişaf Naziri Annelize Dodds ötən həftə həssas dövlətlərə "həddən artıq borclanma tələsindən qaçmağa" kömək etmək üçün inkişaf banklarının islahatlarını "sürətləndirməyə" söz verdi. Puri əlavə etdi ki, bu məsələ, Britaniya üçün Birliyi dəyərli şəbəkə edən əsas səbəbdir.

“Britaniya bu sammitdən Çinə alternativ investisiyalar təklif etməklə bu ölkələrlə münasibətləri möhkəmləndirmək üçün bir şans kimi istifadə etməlidir” - Böyük Britaniyanın keçmiş ticarət naziri Penni Mordant bildirib. O,   bun hələ 2018-ci ildə POLITICO-ya müsahibəsibdə  demişdi: "Ticarət və rifah üçün, bizi hamımızın üzləşdiyi iqlim problemlərinin həlli üçün, Çin də daxil olmaqla avtokratik rejimlərdən təhlükəsizliyimiz üçün böyük imkanlar var. Kollektiv maraqlarımızı uzunmüddətli perspektivdə qorumaq üçün vahid yanaşma və ortaq iş tələb olunur."

Lakin baş katib vəzifəsinə bütün namizədlər açıq şəkildə bildiriblər ki, Çinlə mübarizədə kömək etmək Birlik Katibliyinin işi deyil. Botçvey, Chatham House-də keçirilən son debatlarda deyib: "Bu, suverenliyin pozulması və lazımsız müdaxilə olardı."

Bu həftə Millətlər Birliyinin Sammitinə gələn Starmer BRİCS sammitinə Çin liderinin "yanına qaçan"   dövlət başçılarını bu sammitdə görməyəndə yəqin ki, vəziyyəti başa düşüb.